Cəlilabad sakinini əkin sahəsində ildırım vurdu

 22:18 04.08.2023     584

Cəlilabadda bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.