Kürdəmirdə yol qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

 23:59 04.08.2023     455

Kürdəmirdə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, onlar "VAZ-2106"nın sürücüsü, Ucar rayon sakini 70 yaşlı Abdurrahmanov Gülağa Əhməd oğlu və Bakı sakinləri, 72 yaşlı Şamilov Yadigar Müzəffər oğlu və 4 yaşlı Şamilov Həsən Əlabbas oğludur (report).

****

23:32

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil Ucar istiqamətində hərəkətdə olarkən ona arxadan gələn "Reno" markalı nəqliyyat vasitəsi çırpılıb.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır (report).

2