Zaqatalada kollecdə yanğın başladı

 23:38 04.08.2023     300

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, saat 22:47-də Zaqatala şəhəri, N. Gəncəvi küçəsində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır (apa).