Axtarışda olan şəxs metroda saxlanıldı

 10:52 05.08.2023     347

Bakıda axtarışda olan şəxs metroda saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.