İsmayıllıda 19 yaşlı qız və oğlan itkin düşdü
İsmayıllı rayonunda 19 yaşlı qız və oğlan itkin düşüb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, İsmayıllı şəhər sakini, 2004-cü il təvəllüdlü Mayılova Aytac Hikmət qızı və həmyaşıdı, rayonun Kürdmaşı kənd sakini Xəlilov Ağaverdi Tofiq oğlu iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar.
Şəkillərdəki şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.