Xəstəxananın qarşısında qəza - Yaralılar var

 14:00 05.08.2023     867

Xətai rayonunda yol-nəqliyyat baş verib.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında qeydə alınıb.

Məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində sürücülər və sərnişinlər xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Fuad Sultanov bildirib ki, hazırda polis əməkdaşları hadisə yerindədir.

Qəzanın təfərrüatı barədə məlumat veriləcək.

xestexananin-qarsisinda-qeza