Binəqədidə maşından 20 000 manat oğurlandı

 15:45 05.08.2023     276

Binəqədi qəsəbəsi ərazisində “Mercedes-Benz” markalı bir avtomobilin saxlanc yerindən 20.848 manat pul oğurlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.