Tanınmış meyxanaçı İrana casusluq etdiyinə görə SAXLANILIB?

 18:24 05.08.2023     434

Tanınmış meyxanaçı Elşən Xəzər saxlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə MOUZE telegram kanalı məlumat yayıb.

Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilir (qafqazinfo).

Qeyd edək ki, Elşən Xəzər “Global.info”ya açıqlamasında bu məlumatı təkzib edib.

“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, - deyə o bildirib.