Biləsuvarda yol qəzası oldu, xəsarət alan var

 21:53 05.08.2023     334

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" ilə "VAZ 2105" markalı minik avtomobillərin toqquşması nəticəsində Mirzə Adışlı xəsarət alıb.

Yaralı rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır (report).