Yol kənarında xəsarət alan hamilə qadın öldü

 11:58 06.08.2023     749

Xəbər verdiyimiz kimi Xətai rayonu Xudu Məmmədov küçəsində, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı yolun kənarında dayanmış Güllü Mehdiyeva aldığı xəsarətlər nəticəsində bütün tibbi müdaxilələrə baxmayaraq xəstəxanada vəfat edib.

Xatırladaq ki, həmin qadın 7 aylıq hamilə olub, hadisə nəticəsində o, övladını itirib sonra isə özü ölüb.