Şəkidə avtomobil aşdı, xəsarət alanlar var

 21:33 06.08.2023     258

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Baş Küngüt kəndində baş verib. 

Belə ki, Şəki sakininin idarə etdiyi “Opel-Astra” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yolun kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlərdən, Baş Küngüt kənd sakinləri 1998-ci il təvəllüdlü Elşən Ramazan oğlu Hacıəhmədov və 1998-ci il təvəllüdlü Aqil Əyyub oğlu Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.