Bakı-Quba yolunda yük maşını YPX avtomobilinə çırpıldı

 23:45 06.08.2023     269

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Apa"ya istinadən xəbər verir ki, qəza nəticəsində yük maşını Yol Patrul Xidmətinin (YPX) avtomobilinə arxadan çırpılıb.

Hadisədə YPX maşınına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.