"Meyvəli Bazar"da 64 yaşlı qadın öldü

 13:04 07.08.2023     227

"Meyvəli Bazar"da 64 yaşlı qadın ölüb.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 6-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Meyvəli Bazar" ərazisində qeydə alınıb.

Belə ki, orada işləyən 1959-cu il təvəllüdlü Firuzə Qaraxanova anidən vəfat edib.

Hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra edilib.

Hazırda araşdırma davam etdirilir.