Şirvanda qardaş qardaşı bıçaqladı

 09:10 08.08.2023     265

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Səfərov Səfər Fərhad oğlu qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.