Əvvəllər məhkum olunmuş şəxsdən heroin götürüldü

 12:04 08.08.2023     227

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən külli miqdarda narkotik aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan İbadovdan 1 kiloqram 26 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.