Bu yolda avtobus qəzaya uğradı - xəsarət alanlar var - FOTO

 14:28 08.08.2023     455

Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

İsmayıllı-Muğanlı yolunda avtobus qəzaya uğrayıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Muğanlı dolaylarında avtobus yolun normal olmaması səbəbindən qəzaya uğrayıb.

Avtobus yoldan çıxıb və qəza baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində iki nəfər bədən xəsarəti alıb, bir nəfərin isə halı pisləşib.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxslərin vəziyyəti kafidir.

 

İsmayıllı-Muğanlı yolunda avtobus qəzaya uğrayıb - FOTO  - YENİLƏNİB İsmayıllı-Muğanlı yolunda avtobus qəzaya uğrayıb - FOTO  - YENİLƏNİB İsmayıllı-Muğanlı yolunda avtobus qəzaya uğrayıb - FOTO  - YENİLƏNİB