Bakıda qadını şantaj edib pulunu aldılar

 14:37 08.08.2023     327

Bakıda qadın şantaj edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt sakini olan bir qadının barəsində rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək, 800 manat pulunun alınması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Bakı şəhər sakini Nihat Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.