Kürdəmirdə TIR aşdı, yüklər yolun kənarına dağıldı - FOTO

 16:05 08.08.2023     277

Kürdəmir rayonunda yük daşıyan TIR aşıb.

Redaktor.az report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iri tutumlu yük maşını Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə TIR yoldan çıxaraq aşıb və nəqliyyat vasitəsinin qoşqusunda olan yüklər yola dağılıb.

Faktla bağlı araşdırma aparılır.

22222