Bakıda 10 otaqlı ev yandı

 19:43 08.08.2023     371

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.