Lənkəranda daha bir nəfər dənizdə boğuldu

 19:09 09.08.2023     338

Lənkəranda bu gün daha bir nəfər dənizdə boğulub.

Redaktor.az-ın məlumatına görə, Lənkəran rayonunun Sütəmurdov kəndində, çimərlik ərazidə bir nəfər batmaq təhlükəsi ilə üzləşib. O, huşsuz vəziyyətdə sudan çıxarılıb. Təcili Tibbi Yardım briqadası tərəfindən ilkin zəruri tədbirlər görülüb. Lakin boğulan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılanda üzərində həyat əlaməti olmayıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Boğulan yeniyetmənin Cəlilabad rayon sakini 2007-ci il təvəllüdlü Nurlan Əlafat oğlu Əmirov olduğu müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.