Ağsuda avtobus yandı

 21:27 09.08.2023     402

Ağsu rayonununda sərnişin avtobusu yanıb.

Redaktor.az xəbər verir ki, hadisə Pirhəsənli kəndində qeydə alınıb.

"Mercedes” markalı avtobusun mühərrik hissəsi və salonu yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb (apa).