Gəncədə iki maşın toqquşdu, xəsarət alan var

 12:04 10.08.2023     389

Gəncədə yol qəzası olub.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Fətulla Həsənov küçəsində qeydə alınıb. “Körpü-tikinti” şirkətinə məxsus olan 20-AA-432 seriyalı, "Suzuki" markalı avtomobil "VAZ 2107" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb, tikinti şirkətinə məxsus avtomobil isə aşıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən