Ələt-Astara yolunda eyni ərazidə iki yol qəzası oldu, yük maşını aşdı

 23:30 10.08.2023     288

Ələt-Astara avtomobil yolunda eyni ərazidə iki yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisələr yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, ilk qəza zamanı "İsuzu" markalı yük avtomobili yolun kənarına aşıb. Digər qəzada isə yük və minik avtomobilləri toqquşub. Hadisələr nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktlarla bağlı araşdırma aparılır (report).