27 yaşlı oğlan faciəvi şəkildə öldü
Xətai rayonunda 27 yaşlı oğlan quraşdırma işləri apararkən binadan yıxılıb ölüb.
Baş prokurorluğun Mətbuat xidmətinə bildirilib ki, Razi Bayramov 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.