Abşeronda 57 yaşlı kişi intihar etdi

 10:28 11.08.2023     442

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 10-da Mehdiabad qəsəbəsində, Koroğlu küçəsində yerləşən evdə qeydə alınıb.

Həmin evdə yaşayan 1966-cı il təvəllüdlü Əliş Abbas oğlu Babayev özünü həyətdəki tikilidə asaraq intihar edib.