​​​​​​​21 yaşlı oğlan sirkə turşusundan zəhərlənərək öldü

 13:20 11.08.2023     292

Ucar rayon sakini sirkə turşusundan zəhərlənərək ölüb.

Redaktor.az apa-ya istinadən xəbər verir ki, Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olan 21 yaşlı Kənan Vüqar oğlu Zeynalov müvəqqəti olaraq Göyçay rayonunda kirayə yaşadığı evdə sirkə turşusu içib. Vəziyyəti ağır olan şəxs Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.