12 yaşlı qız boynunun sınması nəticəsində öldü

 15:09 11.08.2023     299

Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü İsmayılova Ləman Elnur qızı qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (report).