Sumqayıtda avtomobil piyadaları vurmamaq üçün ağaclara çırpıldı

 22:13 11.08.2023     297

Sumqayıtda avtomobil ana və balanı vurmamaq üçün ağaclara çırpılıb.

Redaktor.az "APA" ya istinadən xəbər verir ki, "Toyota Pius" markalı avtomobil iradəetmədən çıxaraq ağaclara çırpılıb.

Hadisə şəhərin Bakı küçəsində 15 və 17-ci məhəllənin kəsişməsində qeydə alınıb.

Məlumata görə, 99 UM 024 dövlət nömrə nişanlı “Toyota Pius” markalı avtomobil yolu keçən ana və uşağı vurmamaq üçün kəskin manevr edib. Nəticədə yoldan çıxan maşın ağaclara çırpılıb və bir neçə şam ağacı qırılıb. Avtomobil əzilib, sürücü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.