Lerikdə dağda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

 21:25 12.08.2023     304

Lerikdə dağda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Redaktor.az xəbər verir ki, rayona gəzintiyə gələn 3 nəfərin çıxdıqları sərt dağlıq ərazidən düşə bilmədikləri, köməksiz vəziyyətdə qalmaları ilə bağlı polisə məlumat daxil olub.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər zamanı müəyyən edilib ki, Lənkəran şəhər sakinləri Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidə çıxdıqları qayalıqda köməksiz vəziyyətdə qalıblar.

Onlar əraziyə cəlb olunan polis əməkdaşlarının köməyi ilə təhlükəsiz əraziyə çıxarılıblar. Xəsarət alan olmayıb.