Xaçmazda pəncərədən yıxılan iki yaşlı uşaq öldü

 09:39 13.08.2023     295

Xaçmazda pəncərədən yıxılan iki yaşlı uşaq ölüb.

Redaktor.az xəbər verir ki, rayonun Qoçaqqazma kənd sakini, ailəsinin himayəsində olan 2021-ci il təvəllüdlü Əzizağayev Z.H. fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır (report).