Son yeddi gün ərzində yol qəzaları 15 nəfərin həyatına son qoydu

 11:30 13.08.2023     334

Son yeddi gün ərzində Azərbaycan yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 15 nəfərin həyatına son qoyub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Ümumilikdə, son həftə ərzində ölkə yollarında 13 yol qəzası qeydə alınıb. Nəticədə 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.