Qusar-Quba yolunda avtobus aşdı - 19 yaralı var

 12:09 13.08.2023     317

Qusar-Quba reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb.

Redaktor.az xəbər verir ki, hadisə Quba rayonunun Digah kəndində baş verib.

Bildirilib ki, qəza nəticəsində 19 nəfər yaralanıb.

Qeyd edək ki, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.