Naxçıvanda 30 yaşlı kişini elektrik cərəyanı vurdu
Naxçıvan şəhər sakini avtoyumada işləyərkən onu elektrik cərəyanı vurub.
Redaktor.az xəbər verir ki, hadisə bugün şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.
Elektrik cərəyanı vurması nəticəsində avtoyuma məntəqəsinin işçisi Naxçıvan şəhərinin Tumbul kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Asim Mais oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.