Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın başladı

 19:11 13.08.2023     287

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.