Dənizdə daha 4 nəfər xilas edildi

 23:56 13.08.2023     284

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatda qeyd olunur ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Nardaran-2" sularda xilasetmə məntəqəsinin ərazisində, "Bilgəh-2", sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Şıx ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfəri xilas edib