Qəbələdə dağlıq ərazi yanır - YENİLƏNİB

 18:53 14.08.2023     478

Məlumat verildiyi kimi, Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri də yanğınsöndürmə işlərinə cəlb olunub.

Qeyd edək ki, yanğınsöndürmə işləri, həmçinin FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər də iştirak edir.

17:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Redaktor.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal əraziyə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.