Biləsuvarda yol qəzası oldu, ölən var

 22:32 15.08.2023     312

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrət oğlu idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub.

Qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.