Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olundu

 22:44 15.08.2023     328

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan", “Zuğulba-3” sularda xilasetmə məntəqələrinin ərazisində, "Şirvan" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Şıx ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.