Sirkə turşusu içib intihar etdi

 23:23 15.08.2023     270

Şamaxıda intihar hadisəsi baş verib.

Redaktor.az "Apa"ya istinadən xəbər verir ki, rayonun Meysəri kənd sakini, 1955-ci il təvəllüdlü Nağıyeva Raya Rza qızı sirkə turşusu içərək özünü öldürüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.