Laçında 2,5 ton çətənə məhv edildi - FOTO

 10:02 16.08.2023     247

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şeylanlı kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 620 kiloqram olan 8400 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Laçında 2,5 ton çətənə məhv edilib - FOTO Laçında 2,5 ton çətənə məhv edilib - FOTO