54 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs abituriyentdir

 16:01 16.08.2023     340

Daşkəsən rayonunun Qabaqtəpə kəndində qeydə alınmış qətlin bəzi təfərrüatı məlum olub.

Redaktor.az
xəbər verir ki, hadisədən əvvəl 2005-ci il təvəllüdlü Elnur Şahid oğlu Quliyev qonşusu, 1969-cu il təvəllüdlü Məmməd Malik oğlu Əmrahovla küçədə şəxsi münasibətlər zəminində mübahisə edib.

Hadisə zamanı onların küçədə tək olduqları bildirilir.

Daha sonra o, 54 yaşlı kişiyə bir neçə bıçaq zərbəsi endirərək qətlə yetirib. E.Quliyev hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən E.Quliyev abituriyentdir.

bu il tələbə adını qazanıb, M.Əmrahov isə ailəsindən ayrılıb, anası və bacısı ilə birgə yaşayırmış. Qətlə yetirilən şəxs kənd ərazisində heyvandarlıq və əkinçiliklə məşğul olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır (report).