Salyanda 25 yaşlı qadın qətlə yetirildi

 16:18 16.08.2023     374

Salyanda 25 yaşlı qadın qətlə yetirilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 15 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.