17 yaşlı qız itkin düşdü

 09:35 17.08.2023     227

Bakıda 17 yaşlı qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 14-də Nərimanov rayon ərazisində qeydə alınıb.

Məlumata görə, 2006-cı il təvəllüdlü Jalə Vahabzadə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.