Ucar sakini güllələndi

 12:52 17.08.2023     280

Ucar sakini güllələnib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün rayonun Ramal kəndi ərazisində yerləşən çayxanada baş verib. Rayonun Alpout kənd sakini, 1990-cı il təvəllüdlü Tural Musa oğlu Tağıyev güllə yarası ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına göndərilib. Tural Tağıyev çayxanada çay içərkən güllə yarası aldığını bildirilib.

Atəşin kim tərəfindən və hansı səbəbdən açılması barədə hələlik məlumat yoxdur (apa).