"Nikosayağı"nın qəzadan sonra ilk FOTOSU

 14:48 17.08.2023     291

Avqustun 15-i qəzaya düşən bloger Nicat Şakirlinin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam edir.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, N.Şakirlinin vəziyyəti stabil olaraq qalır.

Qeyd olunub ki, hazırda o, həkimlərin nəzarəti altındadır və lazımi müayinələrdən keçirilməsi davam etdirilir.

Sağ qolu dirsəkdən aşağı amputasiya olunan blogerin sosial şəbəkələrdə xəstəxanadan ilk görüntüsü də yayılıb.

Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

2