Qusarda 5 nəfər qidadan zəhərləndi

 16:01 17.08.2023     309

Bu gün Qusar rayonunda 5 nəfər şəxs qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya müraciət edib.

Redaktor.az xəbər verir ki, Qusar Mərkəzi Rayon Xəstəxanasından apa-nın yerli bürosuna verilən məlumata görə, tibb müəssisəsinə müraciət edən şəxslərə müvafiq tibbi yardım göstərilib və hazırda müalicələri davam etdirilir. Onların həyatı üçün hər hansı təhlükə yoxdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.