Sumqayıtda ağır yol qəzası oldu, xəsarət alanlar var

 19:57 17.08.2023     313

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Belə ki, sürücü idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır