Şamaxıda dağlıq ərazidəki yanğın məhdudlaşdırıldı

 20:39 17.08.2023     330

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub