Bakıda 13 yaşlı qız itkin düşdü

 09:16 18.08.2023     247

Bakıda 13 yaşlı qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Aytac Məhərrəmli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.