Bakıda qadın sürücü qəza törətdi - FOTO

 13:42 18.08.2023     674

Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "BakuBus"a aid 2 nömrəli avtobusla "Hyundai" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin ön hissəsi yararsız hala düşüb. Ölən və yaralanan yoxdur.

Qeyd edək ki, hadisə "Hyundai"ın qadın sürücüsünün diqqətsizliyi səbəbindən baş verib.

Həmidə İBRAHİMLİ

2